Bank Of Baku

Türkiyə Suriya və İraqda hərbi əməliyyatlara icazənin müddətini uzadır

Türkiyə Suriya və İraqda hərbi əməliyyatlara icazənin müddətini uzadır
# 05 oktyabr 2023 17:42 (UTC +04:00)

Türkiyə ordusunun İraq və Suriyada qalmasına, hərbi əməliyyatlar keçirilməsinə dair icazənin müddəti daha iki illik uzadıla bilər.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarnamə Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Sənəddə qeyd olunub ki, Türkiyənin cənub quru sərhədlərinə bitişik bölgələrdə baş verən hadisələrin və davam edən münaqişə mühitinin milli təhlükəsizliyə yaratdığı risk və təhdidlər artmaqda davam edir.

Türkiyənin qonşu ölkələrin ərazi bütövlüyü və milli birliyinə hörmət etdiyi əlavə olunaraq, digər tərəfdən bu ölkələrdə PKK, İŞİD və digər terror təşkilatlarının varlığının Türkiyə üçün təhdid olduğu vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR