Türkiyə Ukraynadakı taxıl daşınması üçün nəzərdə tutulan limanların bombalanmasını qəbul etmir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Dmitri Kuleba ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, ölkəsi bu məsələ ilə bağlı Rusiya tərəfi ilə müzakirələr aparır və belə halların olmaması üçün Rusiyanın danışıqlara geri dönməsi lazımdır.