Türkiyə ilə Rusiya Suriyada separatçı hərəkatların dayandırılması ilə bağlı oxşar fikirləri bölüşür.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, rəsmi Ankara beynəlxalq ictimaiyyətdən İŞİD və PKK ilə mübarizə məsələsində ortaq mövqe sərgiləməsini gözləyir və terror təşkilatlarının Suriyada təşkilatlanmasına icazə verməyəcək.