Türkiyədə 4,7 maqnitualı zəlzələ olub

Türkiyədə 4,7 maqnitualı zəlzələ olub
# 18 aprel 2024 03:37 (UTC +04:00)

Türkiyənin Tokat şəhərində 4,7 maqnitualı zəlzələ olub.

APA xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.

Hadisə Sulusaray rayonunda baş verib.

Zəlzələnin ocağı 9,97 kilometr dərinlikdə yerləşib. Hadisə yerli vaxtla 01:06-da (Bakı vaxtı ilə 02:06) qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR