Türkiyədə avtobusla avtomobil toqquşub: 7 nəfər ölüb, çox sayda yaralı var.
APA-nın Türkiyə bürosu xəbər verir ki, hadisə Türkiyənin Qaziantep vilayətinin Nurdağı rayonunda baş verib.
Sərnişin mikroavtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində ilkin məlumata görə, 7 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.