Bank Of Baku

Türkiyədə mədəndə çökmə baş verib, bir nəfər ölüb, dağıntılar altında qalan yoxdur - YENİLƏNİB

Türkiyədə mədəndə çökmə baş verib, bir nəfər ölüb, dağıntılar altında qalan yoxdur - YENİLƏNİB
# 13 sentyabr 2023 17:09 (UTC +04:00)

Türkiyənin Zonquldak vilayətinin Ereğli rayonunda yerləşən mədəndə çökmə nəticəsində bir nəfər dağıntılar altında qalıb.

APA-nın xəbərinə görə, Zonquldak valisi Osman Hacıbektaşoğlu NTV-yə bildirib ki, dağıntılar altında qalmış dörd nəfərdən 3-ü xilas edilib. Xilas edilən işçilərdən ikisinin vəziyyəti ağırdır.

“Çökmə 4 işçinin çalışdığı yerdə olub. Onlardan 3-ü çıxarılıb. 1 nəfər dağıntılar altında qalıb. Çökmə zamanı mədəndə ümumilikdə 280 nəfər iş başında olub. 276 işçi hadisədən sonra mədəni tərk edib”, - deyə vali bildirib.

Osman Hacıbektaşoğlu mədəndə partlayış və yanğın olmadığını, çökmənin hansı səbəbdən baş verdiyinin araşdırıldığını da sözlərinə əlavə edib.

Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyi isə çökmə nəticəsində bir mədənçinin dünyasını dəyişdiyini açıqlayıb.

***

16.32

Türkiyənin Zonquldak vilayətinin Ereğli rayonunda yerləşən mədəndə çökmə baş verib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli mətbuat məlumat yayıb.

Əraziyə AFAD, təcili tibbi yardım, polis və xilasetmə qrupları göndərilib. Hadisə ilə bağlı “TRT Haber”ə açıqlama verən Zonquldak valisi Osman Hacıbektaşoğlu bildirib ki, mədəndə 280 nəfər olub, 4 nəfər dağıntılar altında qalıb: "Xəsarət almayan bir nəfər xilas edilib, bir nəfər ağır yaralanıb. 2 nəfərin səsi eşidilir. 75 nəfərlik qrup ilə xilasetmə işi başlayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR