Bank Of Baku

Türkiyədə yük maşını cənazə namazına toplaşanları vurub, 5 nəfər ölüb, 25 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə yük maşını cənazə namazına toplaşanları vurub, 5 nəfər ölüb, 25 nəfər yaralanıb - YENİLƏNİB
# 09 sentyabr 2023 13:52 (UTC +04:00)

Türkiyənin Kahramanmaraş vilayətinin Andırın rayonunda əyləci boşalan yük maşınının cənazə namazı üçün toplaşanları vurması nəticəsində ölənlər və yaralananlar var.

APA NTV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

Kahramanmaraş valisi Mükerrem Ünlüer yaralananlar arasında həyati təhlükəsi davam edənlərin olduğunu bildirib.

***

13:27

Türkiyənin Kahramanmaraş vilayətinin Andırın rayonunda dəhşətli qəza baş verib.

APA TRT Haber-ə istinadən xəbər verir ki, əyləci boşalan yük maşını cənazə namazı üçün toplaşanların üzərinə çıxıb.

Qəza nəticəsində yaralananların olduğu bildirilib. Yaxınlıqdakı avtomobillərə də zərər dəyib. Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR