Bank Of Baku

Vyetnamda yaşayış binası yanıb, 56 nəfər həlak olub

Vyetnamda yaşayış binası yanıb, 56 nəfər həlak olub
# 13 sentyabr 2023 17:59 (UTC +04:00)

Vyetnamın paytaxtı Hanoyda yaşayış binasında baş vermiş yanğın nəticəsində 56 nəfər həlak olub, 37 nəfər yaralanıb.

APA CNN-ə istinadən xəbər verir ki, ölənlər arasında uşaqların olduğu bildirilir.

Məlumata görə, yanğın gecə saatlarında təxminən 150 nəfərin yaşadığı 9 mərtəbəli binada baş verib. Xəstəxanaya yerləşdirilən bəzi yaralıların yanğından qaçmaq məqsədilə binadan atıldığı və çoxsaylı bədən xəsarətləri aldığı bildirilir. Məlumata görə, polis yanğın təhlükəsizliyini pozmaq ittihamı ilə binanın sahibini saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR