18 ərəb dövləti Yaxın Şərq regionunu nüvə silahından azad zonaya çevirməyi təklif edir

18 ərəb dövləti Yaxın Şərq regionunu nüvə silahından azad zonaya çevirməyi təklif edir
# 23 sentyabr 2014 14:44 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş konfransına İsrailin nüvə imkanlarından narahatlıq ifadə edən qətnamə layihəsi təqdim olunub.

APA - nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 18 ərəb dövlətinin imzaladığı qətnamə layihəsində İsrailin Nüvə Silahlarının Yayılmaması barədə sazişə qoşulması, habelə İsrailin nüvə obyektlərinin BAEA-nın nəzarətinə verilməsi üçün Tel-Əvivə çağırışlar etmək təklif olunur.

Qətnamə layihəsinin əsas məqsədi Yaxın Şərqdə nüvə silahından azad zona yaratmaqdır.

Sabah ərəb dövlətlərinin təqdim etdiyi qətnamə layihəsi ilə bağlı debatların keçiriləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR