Bank Of Baku

Livan XİN başçısı: İsraillə çərçivə sazişi yekun razılaşma deyil

Livanın xarici işlər naziri Yusif Raci

© APA | Livanın xarici işlər naziri Yusif Raci

# 04 iyul 2026 02:20 (UTC +04:00)

Livanın xarici işlər naziri Yusif Raci İsraillə əldə olunmuş çərçivə sazişinin yekun razılaşma olmadığını, yalnız münaqişənin həlli istiqamətində danışıqların davam etdirilməsi üçün əsas yaratdığını bildirib.

Bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Nazirin sözlərinə görə, İsraillə imzalanmış çərçivə sazişi yekun sənəd deyil, gələcək danışıqların aparılması və prosesin tamamlanması üçün baza rolunu oynayır.

Yusif Raci qeyd edib ki, Livan mövcud şəraitdə danışıqlara başlamağa məcbur olub. O bildirib ki, hökumət ölkədə sabitlik və rifahın yeni mərhələsini başlatmaq niyyətindədir.

Nazir, həmçinin vurğulayıb ki, silahlı qüvvələrin və silahların yalnız dövlətin nəzarətində olması təkcə xarici tərəflərin tələbi deyil, həm də Livanın güclü, normal və suveren dövlət kimi inkişafı üçün zəruri şərtdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR