Bank Of Baku

“Altılıq” ölkələrinin Almatı görüşünün detalları açıqlanıb

“Altılıq” ölkələrinin Almatı görüşünün detalları açıqlanıb
# 01 mart 2013 01:48 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. Fevralın 26-27-də Qazaxıstanın Almatı şəhərində İranla “altılıq” ölkələri arasında keçirilmiş müzakirələrdə rəsmi Tehrana təqdim edilmiş təklifin nədən ibarət olduğu məlum olub. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumatına görə, yeni təkliflərdə İranın 20% həcmində uran zənginləşdirilməsinin dayandırılması deyil, prosesin nəzarətə alınması istənilir. Bundan əlavə, yeni təkliflərdə İranın tibbi istehlak üçün ehtiyacı olan miqdarda uranı 20% həcmində zənginləşdirib depolaması öz əksini tapıb. Eyni zamanda “altılıq” ölkələri “Fordo” nüvə obyektinin tamamilə deyil, müvəqqəti dayandırılmasını təklif ediblər. Bunun qarşılığında bəzi sanksiyaların qaldırılacağı, həmçinin heç bir yeni sanksiyanın tətbiq olunmayacağı vəd edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR