Bank Of Baku

Venesuelada zəlzələnin dağıntıları altından 33 nəfər xilas edilib

Delsi Rodrigez

© APA | Delsi Rodrigez

# 28 iyun 2026 22:37 (UTC +04:00)

Venesuelada baş verən dağıdıcı zəlzələdən sonra xilasedicilər dağıntılar altından 33 nəfəri sağ çıxara biliblər.

APA xəbər verir ki, bu barədə ölkənin müvəqqəti prezidenti Delsi Rodrigez məlumat verib.

"İndi həyatların xilas edilə biləcəyi kritik saatlardayıq. Bu işdə birbaşa iştirak etməyən biz, insanların sağ tapılması üçün dua edirik. Bu günə qədər 33 nəfəri sağ xilas edə bilmişik. Venesuelaya gələn hər bir xilasedici, gətirdiyiniz hər bir it ölkəmizə sevgi mesajı gətirir. Venesuela xalqının sizə böyük ümidləri var. Gəldiyiniz yerə ümid gəldi", - Rodrigez deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR