APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Rusiya XİN nümayəndəsinin sözlərinə görə, danışıqların detallı olmasına baxmayaraq, “altılıq” və İran arasında qarşılıqlı anlaşma əldə olunmayıb.
“Danışıqlar çox intensiv olub, detallar dərindən müzakirə olunub, tərəflər əsas məsələləri diqqətdə saxlaya bilib – bu da çox ciddi nəticədir”, deyə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov qeyd edib.
ABŞ, bir sıra Qərb dövlətləri və İsrail İrandan dinc atom proqramı adı altında nüvə silahı hazırlamaqda şübhələnirlər. Rəsmi Tehran bəyan edir ki, onun nüvə proqramı yalnız ölkənin elektrik enerjisinə olan tələbatını ödəməyə yönəlib.
İranla nüvə müzakirələri aparan altı ölkə (BMT TŞ-nın daimi üzvü və Almaniya) fevralda bəyan edib ki, əgər İran Fordu şəhərindəki obyektində uranın 20 faizədək zənginləşməsini dayandırsa və bu obyekti tam bağlasa Tehrana qarşı sanksiyalar yumşaldıla bilər. Uranın 20 faizədək zənginləşdirilməsi nüvə silahı yaradılmasının bir addımlığında olmaq deməkdir.