Bank Of Baku

“Amnesty International” İranı 22 yaşlı məhkumun işinə yenidən baxmağa çağırıb

“Amnesty International” İranı 22 yaşlı məhkumun işinə yenidən baxmağa çağırıb
# 13 fevral 2015 14:15 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Amnesty International” təşkilatı fevralın 19-da İranda edam ediləcək 22 yaşlı məhkum Saman Nəsimin işinə yenidən baxılmasına çağırış edib.

 

APA-nın məlumatına görə, təşkilatın Orta Şərq və Şimali Afrika ölkələri üzrə direktor müavini Hasibə Hac Sahraui milliyyətcə kürd olan Saman Nasimin həbs edilərkən 17 yaşı olduğunu bildirib və bununla rəsmi Tehranın Uşaq Hüquqları Konvensiyasına zidd hərəkət etdiyini qeyd edib.

 

Saman Nəsim 2011-ci ilin 17 iyul tarixində İranın Qərbi Azərbaycan vilayətinin Sərdəşt şəhərində İran İnqilab Keşikçiləri ilə PKK-ya yaxınlığı ilə tanınan PJAK (Kürdüstan Azad Yaşam Partiyası) üzvləri arasında baş verən toqquşma zamanı həbs edilib. Hadisələr zamanı İran tərəfdən 3 əsgər ölüb, daha 3-ü isə yaralanıb.

 

2012-ci ilin yanvarında o, silahlı təşkilat üzvü olmaq və dövlətə qarşı çıxmaq maddələri ilə edama məhkum edilib. Saman “Amnesty International” təşkilatına göndərdiyi məktubunda işgəncə altında ifadə verdiyini bildirib. O, 97 gün ərzində 2 metr uzunu və yarım metr eni olan kamerada əlləri və ayaqlarından asıldığını, davamlı olaraq yuxusuzluğa vadar edildiyini və istintaq zamanı gözlərinin bağlı olduğunu iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR