Bank Of Baku

“Əl-Qaidə” ilə əlaqəli silahlılar Suriya Azad Ordusunun liderlərindən birini qətlə yetirib

“Əl-Qaidə” ilə əlaqəli silahlılar Suriya Azad Ordusunun liderlərindən birini qətlə yetirib
# 12 iyul 2013 04:08 (UTC +04:00)

Bakı-APA. “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli silahlılar Azad Suriya Ordusu   komandanlığının görkəmli üzvü Kamal Hamamini qətlə yetirib. APA-nın “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu hadisə növbəti dəfə hökumət əleyhinə çıxış edən birləşmələrin sıralarında “nifaqın dərinləşməsini” sübut edir.

 

Qətl Azad Suriya Ordusunun Ali Şurasının üzvü Kamal Hamaminin “İraq və Levantedə İslam Dövləti” (İLİD) islamçı qruplaşması ilə danışıqlara gələrkən törədilib. Qətldən sonra İLİD-in üzvləri Azad Suriya Ordusunun Ali Şurasının bütün üzvlərinin öldürəcəklərini bəyan edib. Bu barədə “Röyters”ə Azad Suriya Ordusunun nümayəndəsi Kasem Səadəddin bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR