Bank Of Baku

“Əl-Qaidə”nin Yəmən bölməsi Parisdəki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

“Əl-Qaidə”nin Yəmən bölməsi Parisdəki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
# 14 yanvar 2015 11:36 (UTC +04:00)

Bakı - APA. “Əl-Qaidə” terror təşkilatının Yəmən bölməsi Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə terrorçu qrupun lideri Naser bin Əli əl-Ansi açıqlama yayıb.

 

O, Parisdəki aksiyanı “müqəddəs döyüş” adlandırıb.

 

Xatırladaq ki, yanvarın 8-də silahlılar “Charlie Hebdo” nəşrinin redaksiyasına  hücum edərək ofisdə olanlara atəş açıblar. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR