Bakı. Könül Cəfərli – APA. İran avqust ayından başlayaraq 20%-dək zənginləşdirilmiş uran ehtiyatının bir hissəsini oksid tozuna çevirir.
APA-nın məlumatına görə, bu barədə “The New York Times” qəzeti yazıb. Xəbərdə bildirilib ki, əldə edilən oksid tozundan tibb sahəsində istifadə edilir. Qəzetin yazdığına görə, İran uranın zənginləşdirmə sürətini də azaldıb və bu addım mübahisəli nüvə proqramına ilə bağlı yaranmış problemlərdən yayınmaq kimi dəyərləndirilə bilər.