Bakı-APA. «Əl-Qaidə» terror şəbəkəsi silahlılarını iri Qərb dövlətlərinin liderlərini öldürməyə çağırıb. APA-nın «Washington Times»a istinadən verdiyi məlumata görə, bu barədə şəbəkənin «Inspire» jurnalında yazılıb.
Jurnalın redaktorlarının fikrincə, istefada olan prezident və nazirləri öldürmək daha asandır.
«Əgər siz fikirləşirsinizsə ki, yüksək vəzifəi siyasətçini qətlə yetirə bilməzsiniz, onda sizin Corc Buş, Bill Klinton, Kolin Pauell, Kondoliza Rays, Nikolya Sarkozi və Toni Bleyer kimi asan hədəfləriniz var», deyə müəlliflər qeyd ediblər.
«Inspire» jurnalı 2012-ci ilin mayında «Əl-Qaidə»nin Yəmən bürosu tərəfindən yayılır.