Bank Of Baku

«Hispasat» peyki İranın iki telekanalının yayımını dayandırıb

«Hispasat» peyki İranın iki telekanalının yayımını dayandırıb
# 22 dekabr 2012 16:52 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. «Hispasat» peyki İranın «Press TV» və «Hispan TV» telekanallarının yayımını dayandırıb. APA-nın «Fars» xəbər agentliyinə istinadən məlumatına görə, peyk şirkətindən bunu İrana qarşı tətbiq olunmuş sanksiyalarla əlaqələndiriblər.

 

İran Dövlət Radio və Televiziya Təşkilatı (İRİB) sədrinin müavini Məhəmməd Sərəfraz qərarın Qərb dövlətlərinin mahiyyətini ortaya qoyduğunu bildirib: «Onlar İran kütləvi informasiya vasitələrinin səsini susdurmağa çalışırlar. Bu qərar Qərb dövlətlərinin hələ də meşə qanunları ilə idarə olunduğunu nümayiş etdirir. Eyni zamanda, bu qərar Qərbdə ifadə azadlığının da orta əsrlərdəki kimi tətbiq olunduğunu göstərir».

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR