Bakı-APA. Banqladeşin paytaxtı Dakka şəhərində iri tikiş fabrikində baş vermiş yanğında 8 nəfər ölüb.
APA-nın “ABC News”-a istinadən verdiyi xəbərə görə, hadisə yerinə çox sayda yanğınsöndürən briqadaların cəlb olunmasına baxmayaraq yanğını söndürmək mümkün olmayıb.
Banqladeş rəsmləri hadisəyə şərh verməkdən boyun qaçırırlar.
Qeyd edək ki, keçən həftə Dakkanın fəhlə məhəlləsində baş vermiş yanğında 11 nəfər həlak olmuşdu.