Bank Of Baku

Hindistan-Pakistan sərhədində atışma olub, ölənlər var

 Hindistan-Pakistan sərhədində atışma olub, ölənlər var
# 14 noyabr 2016 20:26 (UTC +04:00)

Hindistan-Pakistan sərhədində baş vermiş atışma nəticəsində 7 pakistanlı hərbçi həlak olub.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan ordusunun məlumatında deyilir.

 

Cavab atəşi ilə bir neçə Hindistan hərbçisinin öldüyü bildirilir. İnsident Kəşmir ştatındakı nəzarət zolağında baş verib.

 

Qeyd edək ki,  son zamanlar mübahisəli Kəşmir ştatı və Hindistan-Pakistan sərhədində toqquşmaların sayı artmaqdadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR