Bank Of Baku

Gəncədə yataqxanada baş verən yanğın söndürülüb, bir nəfər xəsarət alıb - YENİLƏNİB-1

Gəncədə yataqxanada baş verən yanğın söndürülüb, bir nəfər xəsarət alıb - YENİLƏNİB-1
# 07 iyul 2026 21:32 (UTC +04:00)

Gəncədə yataqxanada baş verən yanğın zamanı bir nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində 1990-cı il təvəllüdlü S. Məmmədov əl nahiyəsindən yanıq xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib və dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin normal olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.



***
21:07

Gəncədə yataqxanada baş verən yanğın söndürülüb.

Bu barədə APA-nın yerli bürosunun məlumat verib.

***
20:59

Gəncədə yataqxanada yanğın hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Abbas Səhhət yaşayış massivində yerləşən 2 saylı yataqxanada baş verib.

Məlumata görə, binada qəfil yanğın başlayıb. Hadisə ilə bağlı dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR