Bank Of Baku

ABŞ 41 ölkənin iştirakı ilə Fars körfəzində hərbi təlimlərə başlayıb

ABŞ 41 ölkənin iştirakı ilə Fars körfəzində hərbi təlimlərə başlayıb
# 07 may 2013 12:10 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Hərbi-Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən 5-ci donanmasının keçirdiyi irimiqyaslı hərbi təlimlərə dünyanın 41 ölkəsi qatılıb.

 

APA-nın məlumatına görə, mayın 6-da başlayan hərbi təlimlər mayın 30-dək davam edəcək.

 

5-ci donanmanın komandanı, vitse-admiral Con Miller ABŞ-ın keçirdiyi hərbi əməliyyatlara 40-dan çox ölkənin qoşulmasından razılığını bildirib. Onun sözlərinə görə, təlimlərin əsas hədəfi azad sularda sərbəst hərəkətin təmin edilməsi üçün beynəlxalq gücün daha da artırılmasıdır. Bu məqsədlə də təlimlərdə dənizdə təhlükəsizliyin təmin edilməsi və beynəlxalq ticarətin mühafizə olunması, mina axtarışı və zərərsizləşdirilməsi metodlarının təkmilləşdirilməsi ilə bağlı əməliyyatlar keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR