Bank Of Baku

ABŞ “İslam Dövləti”nin Suriya və İraqdakı mövqelərinə yeni zərbələr endirib

ABŞ “İslam Dövləti”nin Suriya və İraqdakı mövqelərinə yeni  zərbələr endirib
# 24 sentyabr 2014 02:57 (UTC +04:00)

Bakı-APA. Vaşinqton “İslam Dövləti” qruplaşmasının Suriya və İraqdakı mövqelərinə növbəti hava zərbələri endirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatında bildirilir.    

 

“Suriyadakı əməliyyatın bir hissəsi olaraq, ötən gecə (Bakı vaxtı ilə gündüz) 2 hava zərbəsi endirilib, nəticədə Deyr əz Zor şəhərinin cənub-qərbində silahla təchiz olunmuş bir avtomobil sıradan çıxarılıb, daha biri isə məhv edilib”, deyə məlumatda bildirilib.  

 

Hava zərbələri, həmçinin, “İslam Dövləti”nin İraqdakı mövqelərinə də endirilib. Təyyarələr əməliyyat zonasını itkisiz tərk ediblər.

“İslam Dövləti”nin Suriya və İraqdakı mövqelərinə zərbələrin ümumi sayı  194-ə çatıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR