Bank Of Baku

ABŞ təyyarələrinin zərbələri nəticəsində “Əş Şəbab” qruplaşmasının kəşfiyyat rəhbəri öldürülüb

ABŞ  təyyarələrinin zərbələri nəticəsində “Əş Şəbab” qruplaşmasının kəşfiyyat rəhbəri öldürülüb
# 30 dekabr 2014 18:48 (UTC +04:00)

Bakı-APA. ABŞ  döyüş təyyarələrinin zərbələri nəticəsində “Əş Şəbab” terror qruplaşmasının kəşfiyyat rəhbəri öldürülüb. APA-nın verdiyi xəbərə görə, bu barədə “Frans Press” Somali hökumətinə istinadən məlumat yayıb.  

 

“Somali və ABŞ-ın milli təhlükəsizlik qurumları tərəfindən keçirilən birgə əməliyyat nəticəsində Abdişakur və Təhlil ləqəbləri  ilə tanınan “Əş Şəbab” terror qruplaşmasının kəşfiyyat rəhbəri məhv edilib”, deyə məlumatda bildirilir.    

 

Bundan əvvəl bildirilmişdi ki, Somalidə ABŞ  təyyarələrinin zərbələri nəticəsində “Əş Şəbab” terror qruplaşmasının ali liderlərindən biri öldürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR