Bakı-APA. ABŞ dövlət katibi Con Kerri İranın nüvə proqramı üzrə razılaşmaya bu ilin mart ayına kimi gəlinməsində israr edir.
APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, bu bəyanat Kerrinin İran XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşündən sonra səsləndirilib.
Görüşün iki saata yaxın davam etdiyi bildirilir. Danışıqların detalları açıqlanmır.