Bakı. Könül Cəfərli – APA. ABŞ Fars körfəzinə yenidən atom aviadaşıyıcı gəmi göndərib. APA-nın məlumatına görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) informasiya xidmətindən bildirilib.
“Con Stennis” adlı aviadaşıyıcı Hörmüz boğazını keçərək, artıq Fars körfəzinə daxil olub. Gəmini raketdaşıyan kreyserlər müşahidə edib.