Bakı. Real Cəfərli - APA. ABŞ Maliyyə Nazirliyi İrana qarşı tətbiq edilmiş sanksiyaları pozduqlarına görə 19 fiziki və hüquqi şəxsi “qara siyahısı”na salıb.
APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, Avropa və Asiyada fəaliyyət göstərən həmin şirkətlər İranın “MahanAir” hava yolları şirkəti ilə əməkdaşlıq edib, həmçinin ABŞ-dan ehtiyat təyyarə hissələri alaraq bu ölkəyə göndərib. Onların əksəriyyəti Türkiyədə, digərləri isə Ermənistan, Yunanıstan, İran, Tailand və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərir.
ABŞ Maliyyə Nazirliyinin “qara siyahısı”na düşmüş yalnız iki şirkətin adı açıqlanıb.
Bunlar Ermənistanın “Vertir Airlines” və Yunanıstanın “Aeolian Airlines” hava yolları şirkətləridir.