Bank Of Baku

ABŞ Konqresinə İsraillə bağlı qətnamə təqdim olunub

ABŞ Konqresinə İsraillə bağlı qətnamə təqdim olunub
# 01 mart 2013 16:16 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli-APA. Bir qrup amerikalı senator Konqresə İsraillə bağlı qətnamə təqdim edib. APA-nın məlumatına görə, qətnamədə Avropa ölkələrinin İrana hücum edəcəyi təqdirdə, ABŞ tərəfindən Təl-Əvivə hərbi yardım göstərilməsi nəzərdə tutulub. Bu qətnamənin tərəfdarlarından respublikaçı senator Lindsi Qrem bildirilib ki, heç kim dünyanın hansısa yerində müharibə olmasını istəmir: “Lakin biz nüvə silahı istehsal edən İranı da görmək istəmirik. Ümid edirik ki, qətnamə prezident Barak Obamanın İsrailə planlaşdırılan səfərindən öncə Konqres tərəfindən təsdiq ediləcək. Əgər bu sənəd təsdiq olunarsa, deməli İran İsrailə hücum edəcəyi halda, ABŞ İsrailin ərazi bütövlüyünün və xalqının müdafiəsi üçün Təl-Əvivə diplomatik, hərbi və iqtisadi yardım edəcək”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR