Bank Of Baku

ABŞ müdafiə naziri gözlənilmədən İraqa səfər edib

ABŞ müdafiə naziri gözlənilmədən İraqa səfər edib
# 16 dekabr 2015 09:44 (UTC +04:00)

Bakı – APA. ABŞ müdafiə naziri Eşton Karter gözlənilmədən İraqa səfər edib.

 

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, Pentaqon rəhbəri Bağdadda amerikalı hərbçilərlə görüşəcək.

 

E. Karterin İŞİD-lə mübarizənin gücləndirilməsi istiqamətində atılacaq addımları müzakirə edəcəyi bildirilir.

 

“New York Times”ın yazdığına görə, səfər çərçivəsində E. Karter həmçinin İraq rəsmiləri ilə görüşlər keçirəcək. Həmin görüşlərdə ABŞ-la İraqın bölgədə İŞİD-ə qarşı mübarizə sahəsində əməkdaşlığının genişləndirilməsi imkanlar, o cümlədən Vaşinqtonun İraqa “Apachi” döyüş helikopterlərinin satılması təklifi müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR