Bank Of Baku

Fitso: NATO sammitinin yekun sənədi Ukraynanın maliyyələşdirilməsini məcburi etməyəcək

Slovakiyanın Baş naziri Robert Fitso

© APA | Slovakiyanın Baş naziri Robert Fitso

# 06 iyul 2026 03:54 (UTC +04:00)

Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, NATO-nun Ankara sammitinin yekun bəyannaməsində üzv dövlətlər üçün Ukraynanın maliyyələşdirilməsi ilə bağlı məcburi öhdəlik nəzərdə tutulmayacaq.

APA xəbər verir ki, bu barədə Fitso "Facebook" hesabında yayımladığı videomüraciətdə deyib.

Baş nazir qeyd edib ki, bu barədə NATO-nun Baş katibi Mark Rütteyə məktub göndərib və Slovakiyanın Ukrayna üçün yeni maliyyə mexanizmlərində iştirak etməyəcəyini bildirib.

Fitsonun sözlərinə görə, Rütte cavab məktubunda təsdiqləyib ki, Ankara sammitinin yekun sənədi heç bir üzv dövləti Ukrayna ilə bağlı maliyyə qərarı qəbul etməyə məcbur etməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR