Bakı-APA. ABŞ ordusunun xüsusi təyinatlı qüvvələri Əfqanıstanın Vardak vilayətindəki strateji bazanı tərk edərək nəzarəti yerli hərbçilərə təhvil verib.
Xatırladaq ki, fevralın sonlarında Əfqanıstan prezidenti Həmid Kərzay amerikalı hərbçiləri bazanı tərk etməyə çağırıb. Əfqanıstan prezidenti bu addımı xüsusi təyinatlıların insanların yoxa çıxmasında aidiyatı olması və işgəncələr verməsi barədə ittihamlara cavab olaraq atıb.
Buna baxmayaraq, ABŞ xüsusi təyinatlı qüvvələri vilayətdə 2014-cü ilədək, yəni NATO qüvvələrinin Əfqanıstandan tam çıxarılanadək, əməliyyatları davam edəcək.