Bank Of Baku

AEBA: “İranın Buşəhr AES və digər nüvə obyektləri zəlzələdən zərər görməyib”

AEBA: “İranın Buşəhr AES və digər nüvə obyektləri zəlzələdən zərər görməyib”
# 17 aprel 2013 11:20 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Sistan və Bəlucistan vilayətində baş verən zəlzələdən Buşəhr Atom Elektrik Stansiyası zərər görməyib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) BMT-nin rəsmi saytında yaydığı açıqlamada bildirilib. Məlumatda yazılıb ki, 7.5 bal gücündə baş verən zəlzələdən dərhal sonra  AEBA İran Nüvə Koordinasiya Mərkəzi ilə əlaqə saxlayaraq, vəziyyətlə maraqlanıb. Mərkəzdən  bildirilib ki, Buşəhr AES daxil olmaqla,  İranın digər nüvə obyektlərinə heç bir zərər dəyməyib. Agentlik radioaktiv qaynaqların təhlükəsizliyinin təmin edilməsində İrana yardım etməyə hazır olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR