Bakı. Könül Cəfərli – APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) bir qrup mütəxəssisi dekabrın əvvəlində İrana səfər edəcək.
APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firidun Abbasi bildirib.
Onun sözlərinə görə, nümayəndə heyətinə AEBA icraçı direktorunun müavini Herman Nakaerts rəhbərlik edəcək.
Qeyd edək ki, bu il dekabrın 13-də Tehranda İranda AEBA arasında növbəti nüvə müzakirələri keçiriləcək.