Bank Of Baku

Ağ Ev ABŞ Senatının İrana qarşı qəbul etdiyi yeni sanksiyaları dəstəkləməyib

Ağ Ev ABŞ Senatının İrana qarşı qəbul etdiyi yeni sanksiyaları dəstəkləməyib
# 03 dekabr 2012 07:50 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli-APA. Ağ Ev ABŞ Senatının İrana qarşı qəbul etdiyi yeni sanksiyaları dəstəkləməyib. APA-nın “Press TV”yə istinadən məlumatına görə, ABŞ hökuməti bunu İrana sanksiyaların tətbiq olunması üçün uyğun zaman olmaması isə əsaslandırıb.

 

Qeyd edək ki, ötən həftə ABŞ Senatında İrana qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsi yekdilliklə qəbul edilib. 94 senatorun lehinə səs verdiyi layihənin əleyhinə səs verən olmayıb. İrandan neft idxalını tamamilə qadağan edəcək yeni sanksiyalar, həmçinin limanlara gəmiqayırma sənayesinə də şamil olunacaq. Senat tərəfindən təsdiq edilən layihə ABŞ-ın ilik qanun layihələrinə əlavə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR