Bank Of Baku

Asiya İnkişaf Bankı Nepala 200 mln. dollarlıq yardım ayırır

Asiya İnkişaf Bankı Nepala 200 mln. dollarlıq yardım ayırır
# 04 may 2015 09:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə APA-Economics. Asiya İnkişaf Bankı (AİB) zəlzələ baş verən Nepala maddi yardım ayırıb.

 

APA-Economics”in xəbərinə görə, bunu bankın Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında AİB prezidenti Takehiko Nakao deyib.

 

“İlk öncə, bu yaxınlarda baş vermiş zəlzələdə faciəvi şəkildə həyatlarını itirmiş və mülkiyyətləri zərər görmüş əhali üçün Nepal xalqına və bu fəlakətdən zərər çəkmiş digər ölkələrə dərin baş sağlığı verirəm. Asiya İnkişaf Bankı bu ölkəyə təcili köməyin çatdırılması məqsədilə artıq 3 milyon ABŞ dolları məbləğində vəsait ayırmışdır və bərpa işləri üçün 200 milyon ABŞ dolları məbləğində yeni resurslar cəlb etmişdir. Biz bu çətin vaxtda yardım göstərməyə hazırıq”, - deyə T. Nakao bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR