Bank Of Baku

Aviqdor Liberman: “ Qərb İranı nüvə ölkəsi olaraq qeyri-rəsmi şəkildə tanıdı”

Aviqdor Liberman: “ Qərb İranı nüvə ölkəsi olaraq qeyri-rəsmi şəkildə tanıdı”
# 10 aprel 2013 12:52 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA.  “Almatıda İranla “altılıq” ölkələri arasında keçirilən son müzakirələrdə Qərb İranı nüvə ölkəsi olaraq qeyri-rəsmi şəkildə tanıdı”.  APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İsrailin sabiq  xarici işlər naziri Aviqdor Liberman  “facebook” səhifəsində yazıb.

 

O bildirib ki, super güclərlə İrana arasında keçirilən son görüşün nəticəsi Qərbin nüvə İranını qeyri-rəsmi şəkildə tanıdığını göstərir: “Necə ki, onlar daha öncə Şimali Koreyanı nüvə ölkəsi kimi, yaxud da Çexoslovakiyanın Hitler tərəfindən işğalını qəbul etmişdilər. İranın qeyri-rəsmi şəkildə tanınması o deməkdir ki, Tehran  bu ilin sonunadək nüvə bombası istehsal edə biləcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR