Bakı. Anaxanım Hidayətova-APA. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton təmsil etdiyi qurumun İsrailin məskunlaşma siyasətini genişləndirməsi qərarına qarşı olduğunu bəyan edib. APA-nın məlumatına görə, xanım Eşton bildirib ki, bu plan münaqişənin danışıqlar yolu ilə nizamlanması perspektivlərini zərbə altına qoyur. Ali Nümayəndə bildirib ki, AB İsrailin bu yaxınlarda qəbul etdiyi qərarların nəticələrini izləyir və müvafiq reaksiya verəcək. Ketrin Eşton İsrail və Fələstin rəhbərliyini siyasi iradə nümayiş etdirməyə və heç bir ilkin şərt irəli sürmədən birbaşa danışıqlar aparmağa çağırıb.