Bank Of Baku

Avropa Məhkəməsi İran Gəmiçilik Şirkəti rəhbərliyinə qarşı sanksiyanı ləğv edib

Avropa Məhkəməsi İran Gəmiçilik Şirkəti rəhbərliyinə qarşı sanksiyanı ləğv edib
# 13 dekabr 2013 16:26 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Avropa Birliyinin İran İslam Respublikası Gəmiçilik Şirkətinin (İRİSL) rəhbərliyinə qarşı tətbiq etdiyi sanksiyalar ləğv edilib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Avropa Məhkəməsi dəlil yetərsizliyi səbəbindən belə bir addımı atıb və şirkətin bütün rəhbər şəxslərinin adlarını “qara siyahı”dan çıxarıb. Bunlar Məhəmməd Hadi Pojənd, Qulamhüseyn Gülpərvər, Seyid Əlaəddin Sadat Rəsul, Mənsur İslami, Həsən Cəlilzadə, Əhməd Sərkəndi, Qasım Nəbipur, Əhməd Təfəzzoli, Əlirza Qızılayaq və Məhəmməd Moqəddəmifərddir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR