Bank Of Baku

Ayətullah Xamneyi: “Hazırda bölgədə vəziyyət çox təhlükəlidir”

Ayətullah Xamneyi: “Hazırda bölgədə vəziyyət çox təhlükəlidir”
# 26 avqust 2013 17:39 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “Hazırda bölgədə vəziyyət çox gərgin və təhlükəlidir. Buna səbəb xarici qüvvələrin bölgəyə yersiz müdaxiləsidir”. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi Oman kralı, Sultan Qabus bin Səidlə görüşü zamanı deyib.

 

Xamneyi qeyd edib ki, bu gün region ümumi təhlükəsizliyə ehtiyac duyur: “Buna yalnız kütləvi qırğın silahları qadağan ediləcəyi təqdirdə nail olmaq olar. Həssas və təhlükəli olan bölgənin indiki vəziyyətində iki ölkənin əməkdaşlığına ehtiyac duyulur. Bölgədəki ən təhlükəli vəziyyət dini, məzhəbi və təriqət məsələləri ilə ölkənin siyasi məsələlərinə müdaxilə edərkən yaranır. Təəssüf ki, bəzi bölgə ölkələrinin müdaxiləsilə bütün müsəlman qruplara müxalif olan təkfirçi qruplaşma ortaya çıxıb. Bu cərəyana dəstək verənlər bunun alovlarının onları da öz ağuşuna alacağını bilməlidir”.

 

Ayətullah Xamneyi deyib ki, ABŞ-dan bütün sahələrdə dəstək alan İsrail daima bir təhdiddir: “Xeyli sayda kütləvi qırğın silahlarına sahib olan İsrail bölgə üçün böyük və ciddi təhdiddir”.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR