Bank Of Baku

Ayətullah Xamneyi: «İran atom bombası istehsal etmək istəsəydi, ABŞ qarşısını ala bilməzdi»

Ayətullah Xamneyi: «İran atom bombası istehsal etmək istəsəydi, ABŞ qarşısını ala bilməzdi»
# 16 fevral 2013 11:34 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. İranın ali dini lideri, ayətullah Əli Xamneyi Tehranda Təbriz şəhərinin bir qrup ictimaiyyəti ilə görüşüb. APA-nın İRİB-ə istinadən məlumatına görə, ayətullah Xamneyi Təbriz ictimaiyyəti qarşısında çıxış edib və bildirib ki, düşmən 1970-ci illərdə İran xalqını zəiflətmək üçün təzyiqləri artırsa da, əhali 1979-cu il fevralın 10-da onlara sarsıdıcı cavab verib: «Xalqımızın bu cavabı sanki ağır bir qar uçqunu kimi düşmənin başına düşdü. İndi düşmənlər İran əleyhinə planlar hazırlayır, sanksiyaları şiddətləndirir. Amerikalıların sözü ilə əməli arasındakı aydın şəkildə təzad var. Bu təzad onların məntiqsizliyinin bariz nümunəsidir. ABŞ öz məntiqsiz və zorakı siyasəti qarşısında xalqların onlara təslim olacağını gözləyir. Lakin İranın güclü və iradəli xalqı təslim olmayacağını sübut edib».

 

Ayətullah Xamneyi əlavə edib ki, ABŞ prezidenti «biz qoymarıq İran nüvə silahına yiyələnsin» deyə haray salıb: «Bu da saxtakarlığın başqa bir nümunəsidir. İran xalqı atom bombası istehsal etmək istəsəydi, ABŞ onun qarşısını ala bilməzdi».

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR