Bank Of Baku

Ayətullah Xamneyi zəlzələylə bağlı xalqa müraciət edib

Ayətullah Xamneyi zəlzələylə bağlı xalqa müraciət edib
# 10 aprel 2013 02:15 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın ali dini lideri, ayətullah Əli Xamneyi ölkənin Buşəhr vilayətində baş vermiş zəlzələ ilə bağlı xalqa müraciət edib. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, ayətullah Xamneyi əhalini zəlzələdən zərərçəkənlərə yardım göstərməyə çağırıb. Müraciətdə deyilir: “Buşəhr vilayətində baş vermiş zəlzələ və onun törətdiyi insan tələfatı ilə bağlı xəbəri təəssüf və kədərlə aldım. Dünyasını dəyişən insanlara ilahi rəhmət, xəsarət alanlara və yaralananlara şəfa, qalanlara səbir və dözüm diləyirəm. Ali dini liderin bu vilayətdəki nümayəndəsindən, vilayət rəsmilərindən və digər aidiyyatı şəxslərdən istəyirəm ki, xəsarət alanları xilas etmək və onlara dəstək olmaq üçün əllərindən gələni əsirgəməsinlər. Ümid edirəm ki, əziz xalqımız həmişə olduğu kimi ölkənin hər yerindən zərərçəkənlərin acı və kədərlərinin azalması üçün yardım edəcəklər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR