Bank Of Baku

Ayətullah Xamneyinin qudası: “İranın inkişafına mane olan əsas səbəb hökumətlə parlament arasındakı ziddiyyətlərdir”

Ayətullah Xamneyinin qudası: “İranın inkişafına mane olan əsas səbəb hökumətlə parlament arasındakı ziddiyyətlərdir”
# 11 aprel 2013 13:37 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “Hazırkı hökumətin və parlamentin əsas vəzifələrindən biri qarşılıqlı etimad mühitini yaratmaqdır”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran parlamentinin sabiq sədri, dini lideri ayətullah Xamneyinin qudası Qulaməli Həddad Adil deyib.

 

O bildirib ki, İranın inkişafına mane olan əsas səbəb hökumətlə və parlament arasındakı ziddiyyətlərdir: “Ayətullah Xomeyni İran xalqının mənəvi birliyini tövsiyə edib. Xalqımız 200 il ərzində müstəqil olmağı arzu edib. İran xalqı bu azadlığı İslam inqilabından sonra əldə edə bilib”.

 

Qeyd edək ki, Q.Adil keçmiş xarici işlər naziri, ayətullah Xamneyinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti və Tehranın hazırkı meri Məhəmmədbağır Qalibafla birlikdə “2+1” seçki koalisiyasını yaradıb. Onlardan biri bu il iyunun 14-də keçiriləcək prezident seçkilərində namizəd olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR