Bank Of Baku

Bağdadda baş verən partlayışlarda 20 nəfər ölüb

Bağdadda baş verən partlayışlarda 20 nəfər ölüb
# 27 aprel 2015 21:23 (UTC +04:00)

Bakı-APA. İraqın paytaxtı Bağdadda baş verən üç partlayış nəticəsində 20 nəfər ölüb.

 

APA-nın Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlardan ən güclüsü şəhərin qərb hissəsində, ticarət məhəlləsində törədilib. Burada 10 nəfər ölüb, 20-dək avtomobil yanaraq külə dönüb.

 

Daha 7 nəfər ev alıq-satqısı agentliyinin yanında baş verən partlayışda, 3 nəfər isə minalanmış avtomobilin partladılması nəticəsində ölüb.

 

Onlarla dinc sakinin yaralandığı bildirilir. Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR