Bakı - APA. Bağdadda baş verən partlayış nəticəsində ən azı 12 nəfər ölüb.
APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, hadisə partlayıcı qurğunu bədəninə bağlayan terrorçu-kamikadze tərəfindən törədilib.
Adan meydanında törədilən partlayış nəticəsində 25 nəfər yaralanıb. Terror aksiyasına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.