Bakı-APA. İraqın paytaxtı Bağdadda minalanmış avtomobilin partladılması nəticəsində 11 nəfər ölüb, 30 nəfər isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.
Məlumata görə, partlayış Bağdadın cənubunda, restoranın yaxınlığında törədilib.