Bank Of Baku

Banqkokun mərkəzində bir neçə partlayış baş verib, xəsarət alanlar var

Banqkokun mərkəzində  bir neçə partlayış baş verib, xəsarət alanlar var
# 25 fevral 2014 04:33 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, partlayışlar Banqkokun işgüzar mərkəzində, Lümpini parkı yaxınlığında olub.  

 

Şahidlər hadisə yerində 20-yə yaxın partlayışın baş verməsini və atışma səslərini eşitdiklərini bildiriblər. Ehtimallara görə, müxalifətçilərə hücum edənlər əldəqayırma qumbaraatanlardan istifadə ediblər.

 

Son həftə ərzində Tailandda nümayişçilərə qarşı hücumların sayı artmaqdadır.  Tailandda baş nazir əleyhinə etirazlar ötən ilin noyabr ayından etibarən davam edir.  Ölkədə dörd ay davam edən iğtişaşlarda 22 nəfər ölüb, 750 nəfər xəsarət alıb. Ölənlərin arasında uşaqlar da var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR