Bank Of Baku

Ukraynada Kiyevə son hücuma görə Rusiya Baş Qərargah rəisinə qarşı cinayət işi açılıb

Rusiya ordusunun Baş Qərargahının rəisi ordu generalı Valeri Gerasimov

© APA | Rusiya ordusunun Baş Qərargahının rəisi ordu generalı Valeri Gerasimov

# 03 iyul 2026 11:52 (UTC +04:00)

Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluq Rusiya ordusunun Baş Qərargahının rəisi ordu generalı Valeri Gerasimova qarşı hərbi cinayət faktlarına görə cinayət işi açıb.

“Unian” xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, iş materiallarına əsasən Gerasimov bu il iyulun 2-də Kiyev şəhəri və Kiyev vilayətinə Rusiya Federasiyasının hava hücumu daxil olmaqla, Ukraynanın mülki infrastrukturuna kütləvi raket və aviasiya zərbələrində birbaşa iştirak edib.

“Gerasimovun göstərişi ilə Rusiya Federasiyasının ona tabe olan silahlı qrupları bombardmançılardan, raket daşıyan gəmilərdən və yerüstü əməliyyat-taktiki raket sistemlərindən istifadə edərək Ukraynaya hava hücumlarının planlaşdırılması, hazırlanması və həyata keçirilməsi ilə məşğul olurlar”, - məlumatda deyilir.

Qeyd edək ki, iyulun 2-də Rusiyanın Kiyevə hücumunda 30 nəfər ölüb. Rusiya ordusu hücumda 74 raket və müxtəlif tipli 496 drondan istifadə edib. Yaralıların sayı 91 nəfərdir. 100-ə yaxın binaya ziyan dəydiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR