Bakı - APA. Banqladeşin şərqindəki Çaudoqram şəhəri yaxınlığında avtobusun yandırılması nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb.
APA-nın “Channel NewAsia”ya istinadən xəbərinə görə, naməlum şəxslər sərnişinlərlə dolu olan avtobusa yandırıcı şüşə atıblar.
İlkin məlumata əsasən, hücum müxalif Banqladeş Milli Partiyasının tərəfdarları tərəfindən həyata keçirilib.
Qeyd edək ki, 2014-cü ilin oktyabrında parlament seçkilərinin vaxtı açıqlandıqdan sonra Banqladeşdə hücum və tətillər səngimir. Yanvarın 5-də keçirilən seçkilərdə baş verən iğtiçaçlar nəticəsində ən azı 13 nəfər ölüb. Ümumilikdə toqquşmalar nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb.