Bank Of Baku

Banqladeşdə kütləvi toqquşmalarda 17 nəfər ölüb, 200-dən çox adam xəsarət alıb

Banqladeşdə kütləvi toqquşmalarda 17 nəfər ölüb, 200-dən çox adam xəsarət alıb
# 28 fevral 2013 17:33 (UTC +04:00)

Bakı-APA. Banqladeşdə “Camaati İslami” müxalifət müsəlman partiyasının tərəfdarları ilə polis arasında baş vermiş kütləvi toqquşmalarda ən azı 17 nəfər ölüb, 200-dən çox adam xəsarət alıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, ölkənin bir çox şəhərlərində etiraz aksiyaları keçirilir, iğtişaşlar zamanı induist məbədi və bir neçə yaşayış evi yandırılıb.   

 

Agentliyin məlumatına görə, iğtişaşlara səbəb hərbi tribunalın partiyanın 73 yaşlı lideri Delvar Hüseyn Səyedi barəsində çıxardığı ölüm hökmü olub. O Pakistandan ayrılmaq uğrunda 1971-ci ildə olmuş müharibə zamanı insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunub.

 

Yanvarda Banqladeş məhkəməsi başqa tanınmış islamçı lideri Əbdül Kəlam Azadı ölüm cəzasına hökm edib. O müstəqillik uğrunda müharibə dövrü soyqırım və başqa ağır cinayətlər törətməkdə ittiham olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR